Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb. Qaynar.info-nun məlumatına görə, 2013-cü ilin ilk rəsmi oyun günündə 3 matç baş tutub.
İlin açılış oyunu “Dalğa Arena”da keçirilib və “Kəpəz” “Neftçi” qəbul edib. Tarixi derbidə hesabı 26-cı dəqiqədə Flavinyo qüvvətli və effektli zərbə ilə uzaq doqquzluğa nişan alaraq açıb. 68-ci dəqiqədə Premyer Liqanın bombardiri Nikolas Kanales dəqiq baş zərbəsi fərqi artırıb. Oyunda son nöqtəni isə73-cü dəqiqədə Araz Abdullayev qoyub. Onun zərbəsi Xəyal Zeynalovun kobud səhvi nəticəsində tora daxil olub – 3:0.
Günün ikinci oyununda “Rəvan” “Turan”ı qəbul edib. Yenilənmiş və güclənmiş paytaxt təmsilçisi ilk yarıda iddialıların qəniminə çevirilən Tovuz klubunu əliboş yola salıb. Hesabı 36-cı dəqiqədə “Rəvan”ın yeni transferi Miloş Adamoviç möhtəşəm qolla açıb. 71-ci dəqiqədə isə 1 dəqiqə əvvəl meydana çıxan digər yeni transfer Mindauqas Kalonas fərqlənib. O, Nuran Qurbanovun ötürməsini başla tora qovuşdurub – 2:0
Günün son oyununda “altılıq” uğrunda mübarizə aparan AZAL mövsümün sürprizi “Simurq”u qəbul edib. Hesabı 2-ci dəqiqədə qonaq komandadan Zdravko Popoviç açıb. AZAL-ın bərabərlik axtarışları 55-ci dəqiqədə nəticə verib və Junior Nildo fərqlənib – 1:1.
Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək və “Bakı” “Sumqayıt”ı, “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Tura bazar ertəsi baş tutacaq “Xəzər Lənkəran” – “İnter” oyunu ilə yekun vurulacaq.
Qaynar.info
| ||||||||||
| ||||||||||
| ||||||||||
| ||||||||||
| ||||||||||
|
Şərhlər