Xəbər lenti

"Qarabağ" ikinci heyətlə uddu, "İnter" 5 qol vurdu
İdman 22:39 25.08.2013

"Qarabağ" ikinci heyətlə uddu, "İnter" 5 qol vurdu


Topaz Premyer Liqasının IV tura yekun vurulub. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"la "Neftçi"nin qarşılaşdığı gündə daha iki matç baş tutub.

"Qarabağ" "Qəbələ"nin qonağı olub. "Ayntraxt"la cavab matçına hazırlaşan Ağdam klubu səfər matçında meydana ikinci heyətlə çıxıb. Buna baxmayaraq, "Qarabağ" iddialı rəqibi yenməyi başarıb. Matçın taleyini həll edən qola zədədən dönən Vüqar Nadirov imza atıb.

Paytaxtda isə ilk 3 turda xala həsrət qalan "Rəvan"la "İnter" üz-üzə gəlib. Hesabı 12-ci dəqiqədə meydan sahiblərindən Sebastian Kastro-Tello açıb. "Rəvan"ın sevinci 6 dəqiqə davam edib və Brüs Abdulaye bərabərliyi təmin edib. 30, 37 və 43-cü dəqiqələrdə isə Baçana Tsxadadze het-trik edib. 89-cu dəqiqədə isə Asif Məmmədov fərqlənərək "İnter"ə ilk qələbəsini qazandırıb - 5:1.


Premyer Liqa, 2013/14 mövsümü, IV tur


25 avqust


Qəbələ - Qarabağ 0:1
Qol: Vüqar Nadirov, 16.


Rəvan - İnter 1:5
Qollar: Sebastian Kastro-Tello, 12 - Brüs Abdulaye 18. Baçana Tsxadadze, 30; 37; 43. Asif Məmmədov, 89.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->