İdman 21:29 02.03.2013

"Real" "Barsa"nı belə məğlub etdi (VİDEO)

İspaniya La Liqasının 26-cı turu çərçivəsində Real Madrid “Santyaqo Bernabeu”da “Barselona”nı qəbul edib.

Gərgin keçən oyunda ilk qol "Real"dan gəlib. Kərim Benzema oyunun 6-ci dəqiqəsində dəqiq zərbə ilə qonaqları mərkəzə dəvət edib 1-0 . “Barselona”nın cavabı 18-ci dəqiqədə Messidən gəlib. Argentinalı dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə "Real"ın müdafiəçisi Serxio Ramos qoyub. Luka Modriçin yerinə yetirdiyi künc zərbəsini Ramos başla qapıya göndərib 2-1. 

Bununla da “Real” növbəti “El Klassiko”da da "Barselona"nı məğlub edib. 

Qaynar.info



real 2-1 barcelona footyroom.com by Futbol2101