Xəbər lenti

"Riberi Ronaldonun ən yaxşı olmasına mane ola bilmədi"
İdman 14:16 25.12.2013

"Riberi Ronaldonun ən yaxşı olmasına mane ola bilmədi"


"Zenit" klubunun futbolçusu Halk bu il "Qızıl top"a layiq gördüyü oyunçunun adını açıqlayıb.


Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu "Real" (Madrid) klubunun forvardı Kriştiano Ronaldonun bu mükafata ən real namizəd olduğunu bildirib:

"Riberi ötən mövsüm "Bavariya"nın heyətində mümkün olan bütün titulları qazandı. Onun üçün 2013-cü il uğurlu alındı. Ancaq bu, Ronaldonun ən yaxşı olmasına mane ola bilmədi. Ronaldo cari ili yüksək səviyyədə keçirdi və "Qızıl top"a ən real namizəddir".

Qeyd edək ki, "Qızıl top"un qalibinin adına yanvar ayının 13-də aydınlıq gələcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->