İdman 10:48 21.12.2013

"Traktorsazi" uduzdu


İran çempionatında 19-cu turun oyunlarına yekun vurulub.


Qol.Az-ın məlumatına görə, son oyun günündə Təbrizin "Traktorsazi" klubu öz meydanında "Sepahan"ı qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu xal itkisi Təbriz təmsilçisi 2-ci yerdən 5-ci pilləyə qədər geriləyib.

Qeyd edək ki, komanda növbəti oyunu səfərdə "Mes Kerman"a qarşı keçirəcək. Xatırladaq ki, "Traktorsazi" bundan əvvəl turnirin autsayderi "Zobahan"la bərabərə qalmışdı.

Qaynar.info