Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanınmış şirkətdən oğurluq etməkdə ittiham olunan Salyan sakinləri Elvin Yüzbaşov və Hafiz Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.Trend-in məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə Elvin Yüzbaşov və Hafiz Xudaverdiyev barəsində hər birinə 9 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.
İttihama görə, təqsirləndirilən şəxslər 2011-ci ilin avqustun 7-də "Veysəloğlu" MMС-nin Salyan şəhəri 20 Yanvar küçəsindəki filialının müdiri Bəhruz Talıbovun iş otağındakı seyfdən 100737 manat pulu oğurlayıblar.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Salyan sakinləri Elvin Yüzbaşov və Hafiz Xudaverdiyev 2012-ci ilin iyulun 2-də həbs olunublar.
Qaynar.info
Şərhlər