"Xəzər Lənkəran" məşqlərini bərpa edib.
Fanat.az xəbər verir ki, baş məşqçis Mustafa Dənizlinin komandaya verdiyi 2 günlük istirahət başa çatıb.
Lakin "Xəzər Lənkəran" hazırlığa tam heyətlə başlaya bilməyib. Belə ki, zədəsi olan 7 futbolçudan 4-ü - Rahid Əmirquliyev, Elnur Abdullayev, Manuel Skarlatake və Mbilla Etame bu gün fərdi məşqlərə başlayıb.
Qalan 3 zədəli - Orxan Sadıqlı, Deyvid Sakkoni və Slavik Alxasov isə məşqi kənardan izləyib. Ağabala Ramazanov isə U-21-in Moldova toplanışında olduğundan "Xəzər Lənkəran" 8 əskiklə məşq edib.
Qaynar.info
Şərhlər