“Bu oyuna çox ciddi hazırlaşmağımıza, çox əmək sərf etməyimizə baxmayaraq, məğlub olduq.
Azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Biz Bundesliqanı təmsil edən çox yaxşı komandaya qarşı oynadıq”.Bu sözləri “Ayntraxt”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı çox məyus olduğunu bildirib: “Mən heç vaxt belə məyus olmamışdım. Əvvəllər də məğlubiyyətlərimiz olmuşdu. Amma bu gün aldığımız yenilgi mənim üçün daha üzücü oldu. Çünki bu qədər azarkeş toplanmışdı, bizdən qələbə gözləyirdilər”.
Qurbanov oyunun onlar üçün yaxşı təcrübə olduğunu bildirib: “Bu, bizim üçün böyük təcrübədi. İnanırdıq ki, ən azı burda məğlub olmayacağıq. İlk dəqiqələrdən diqqətsizlik oldu. Bu qolu gözləmirdik. Həmin epizoda baxacağıq. Rəqib cərimə meydanında təhlükəlidi. Hər birinin yüksək ustalıq səviyyəsi var. Hər 2 qolu vuran 14 nömrə öz sözün dedi”.
Baş məşqçi səfərdə daha yaxşı oynayacaqlarını bildirib: “Almaniyada bundan yaxşı oynayacağıq. Azarkeş dəstəyi böyük olsa da, çəkinmədən oynayacağıq. Ancaq buna qədər çempionatda Qəbələdə oyunumuz var. Çalışacağıq ki, komandanı onu tam hazırlayaq”.
Qaynar.info
Şərhlər