"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu".
"Report" xəbər verir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, istədikləri oyunu göstərə bilməyiblər: "Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.
- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?
- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.
- Komanda Avrokubok matçından sonra gərginliyi üzərindən ata bilib?
- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.
Şərhlər