İdman 19:32 08.07.2019

Qurban Qurbanov Tiranada mətbuat önünə çıxacaq

Çempionlar Liqasında təmsilçimiz olan "Qarabağ" sabah Bakı vaxtıyla saat 19:30-da "Partizani" ilə qarşılaşmanın keçiriləcəyi "Selman Stermazi" stadionunda oyunöncəsi son məşqinə çıxacaq.
 
Qaynarinfo xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov son məşqdən 15 dəqiqə öncə media nümayəndələrinin önünə çıxacaq.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranadakı matç iyunun 10-da Bakı vaxtilə saat 19:30-da başlayacaq.