Xəbər lenti

Ekonomiks 12:16 10.02.2018

"Rabitəbank" adını və imicini dəyişməyə hazırlaşır

"Rabitəbank" rebrendinqə hazırlaşır.

Qaynarinfo.Az marja-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev bildirib.

Bankın adının dəyişdirilməsi 2018 -ci ildə həyata keçiriləcəkdir.

Rebrendinqdə əsas məqsəd məhdud "Rabitəbank" ifadəsindən daha məqsədəuyğun ada keçməkdir. "Rabitəbank" dedikdə, daha çox rabitə sektoruna fokuslanmış bank başa düşülür.

Digər bir səbəb, 2017-ci ildə "Rabitəbank”dan pay almış şəxslərin əlavə vəsait qoyuluşu həyata keçirmələri ola bilər. Bu il də kapital qoyuluşunun davam etməsi nəticəsində banka nəzarət həmin şəxslərə keçə bilər. Bankın yeni sahibləri adın dəyişdirilməsində maraqlı ola bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->