Əfsanə Muradova
Bu gün doğum günümdür. Hər kəsə təbriklər üçün təşəkkürlər. Çoxdandır özümü qlamurluğa, mamochkalığa, "karyeristkalığa" vurmuşam və ətrafda olan-bitənə beynimi yormuram, "siyasətə qarışmıram" :)) və sair. Bizim cəmiyyət bir az qəliz məsələdi, baş qoşduqca, dərdinə yandıqca öz başını itirirsən, həyatın relsdən çıxır. Çoxumuz öz qulağımızın dincliyi üçün həmişə susmuşuq. Rahat yaşamışıq. İttiham etmirəm. Rahatlıq hər kəsin haqqıdır...
Sizə heç vaxt öz rahatlığını, maddi, mənəvi rifahını düşünməyən, sağ ikən şəhid olan bir dostumdan- Avropa Hərəkatının Prezidenti Ramin Hacilıdan danışmaq istəyirəm. Onun keçdiyi yol, bu gəncliyin oyanışı, maariflənməyi üçün etdiyi işlər, "Dalğa" hərəkatı, "Alma" qəzeti, saysız-hesabsız aksiyalar, həmişə dövlətinə, prezidentinə hörmət çərçivəsində, mədəni və savadlı şəkildə, islahat təklifləri, haqq-ədalət çağırışları, keçirdiyi sərgilər, minlərlə insanlara etdiyi yardımlar danılmazdır! Bunlar tarixdir!
Əfsanə kimi doğulan insanları həbs və ya qınaq sındıra bilmir. O çox cəsarətli və mərhəmətlidir, cox pozitiv və mədənidir. Tanımadığı insanlara görə də özünü oda atandır. Gənclərin oyanış, müasirlik, elm, azadlıq carçısıdır.
Mən bu ad günümdə rahat deyiləm, tam xöşbəxt deyiləm. İçimdə bir qəhər var. Sanki özümü günahkar hiss edirəm. Varlığında sənə dəstək, ümid, sevgi, doğmalıq, işıq olan dostun haqda ona bir şey olsa dünyanı ayaga qaldıraram deyə düşünürsən, amma onu zindandan xilas etmək üçün heç nə edə bilmirsən! Gündə min dəfə ölüb dirilirsən...
Raminin başı dərddədir. Alınmayan işləri, problemli insanlara etdiyi yardımları ucbatından yığılan borcları... Bəlkə kiməsə absurd görünə bilər, amma inanın ki, o adam gündə 20 saat işləyib özünə siqaretdən başqa heç bir şey almayan insandır! O maddi dəyərlərdan daha üstün amallar peşində bir insandır.
Bütün dostları paylaşıb dəstək olmağa, Raminin yaxşılıq etdiyi dostlardan onun haqda post yazmağı xahiş edirəm. Dostluq üçün bir olaq, ən gözəl dostluq nümunəsinə dəstək olaq!
#raminucunyaz #raminhacili
Şərhlər