Xəbər lenti

RAMİL SƏFƏROVUN ATASININ EVİ SÖKÜLƏCƏK
Ölkə 16:11 09.01.2013

RAMİL SƏFƏROVUN ATASININ EVİ SÖKÜLƏCƏK

Ancaq o, söküntüyə etiraz edənlərə qoşulmur

Binəqədi rayonunun Xocahəsən qəsəbəsinin yaxınlığındakı Motodrom adlanan yaşayış massivində məskunlaşan məcburi köçkünlərin yaşadıqları evlərin sökülməsi ehtimalı var. Bu barədə Moderator.az-a həmin ərazidə yaşayan köçkün ailələri məlumat verib.

Məlumatda qeyd olunur ki, Bakı Metropoliteninin rəsmiləri evlərini boşaltmaları üçün onları xəbərdar edib. Ancaq köçkünlər illər öncə öz zəhmətləri hesabına tikdirdiyi evləri tərk etmək niyyətində deyillər. Sakinlər bildirib ki, sökülmə ehtimalı olan 50- dən yuxarı ev var. Əsasən Kəlbəcər, Ağdam, Zəngilan rayonlarından olan ailələrin yaşadığı evlərdən birində də milli ordunun zabiti Ramil Səfərovun ailə üzvləri yaşayır. Sökülmək ehtimalı olan mənzillərdən biri də məhşur zabitimizin ailə üzvlərinin yaşadığı mənzildir.

Ancaq köçkünlər bildirib ki, Ramil Səfərovun atası Sahib Səfərov bu məsələ ilə bağlı etiraz etiraz edənlərə qoşulmur. Sakinlərin bununla bağlı təklifinə Sahib Səfərov imtina cavabı verib. Sakinlər bunu onun Metropoliten rəhbərliyi ilə gizli razılaşması ehtimalı ilə əsaslandırıb. İddialara görə, Sahib Səfərovun söküləcək evinin əvəzinə Bakının mərkəzində yeni mənzil veriləcək. Ancaq digər sakinlərin Müşviqabad qəsəbəsinə köçürüləcəyi barədə fikirlər var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->