Ramil Şeydayev rəsmən “Sabah”da

Ramil Şeydayev rəsmən “Sabah”da

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Sabah" klubuna keçidi rəsmiləşib.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Şeydayev "Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Ramil Şeydayev futbolçu karyerasına Rusiyanın "Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın "Rubin”, "Krılya Sovetov”, "Dinamo” (Moskva), Türkiyənin "Trabzonspor”, Slovakiyanın "Jilina” klublarının və ölkəmizdə "Qarabağ”ın uğurları üçün çalışıb.

Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR