Ölkə 13:20 16.12.2018

Ramil Usubov 2 polis rəisini işdən çıxartdı (YENİLƏNİB)

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Mazan oğlu Zeynalov tutduğu vəzifədən azad olunub.

Qaynarinfo unikal.org-a istinadən xəbət verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Xəbəri Sumqayıt şəhər Polis İdarəsindən təsdiq ediblər.

***12.13

Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib.

Qaynarinfo report-a istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.