Ölkə 18:25 21.08.2018

Ramil Usubov Yol Patrul Xidmətinin rəisini işdən çıxardı (FOTO)

Ağsu Rayon Yol Patrul Xidmətinin bölmə rəisi tutduğu vəzifədən azad edilib.

Qaynarinfo unikal.org-a istinadən bildirir ki, Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis-mayoru Kənan Ağaəliyev vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb.

Sözügedən məlumatı Ağsu Rayon Yol Patrul Xidmətindən təsdiqləyiblər. 

Hələlik bölmə rəisinin yerinə təyinat yoxdur.