Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi

Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. O, 2019-cu ildə Ramiz Mehdiyevin əmri ilə AMEA-nın "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR