Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, artım daha çox ikinci əl avtomobillərin qiymətindədir.
Ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarında həftədə iki dəfə satış həyata keçirilir. Bazarda ən çox qiymət artımı ikinci əl və ya Rusiya istehsalı olan avtomobillərdədir.
Bazarda daha çox buraxılış ili köhnə olan maşınlara rast gəlinir. Ən çox satılan da bu avtomobillərdir.
Qiymətin bahalaşması isə alıcılıq qabiliyyətinə təsri göstərməyib. Satıcılar yaxın günlərdə avtomobillərin qiymətinin daha da bahalaşacağını deyir. Buna səbəb kimi avtomobil rüsumlarının artmasıdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər