Florentin Hofmanın "Rezin Ördək" layihəsi yenidən Bakıdadır.
Qaynar.info-nun YARAT!" müasir incəsənət məkanının Facebookdakı rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, bu gün - bazar günü saat 13.00-da Dənizkənarı Bulvarda (Muzey Mərkəzi tərəfdən) "Rezin ördək" layihəsinin təqdimatı keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl "Rezin ördəyin" sentyabrın 5-də təqdim olunacağı bildirilirdi. Lakin hava şəraiti ilə əlaqədar həmin tədbir təxirə salındı. Bundan sonra isə Hoffmanın bu ördəyi birdəfəlik Çinə bağışlaması barədə məlumat yayılmışdı.
Qaynar.info
Şərhlər