"YAP bizim siyasi rəqibimizdir. Rəqibimizin yeni siyasi situasiyaya uyğun olaraq siyasi diskusun keyfiyyətinin yüksəltmək üçün hansısa bir addımlar atacağını gözləyirik”.
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Onun sözlərinə görə, REAL üçün maraq kəsb edən məsələ YAP-ın ideoloji və tezislər üzərindən siyasi fəaliyyətlə bağlı qərarların verməsidir:
"Çünki siyasi səhnədə ideoloji və tezislərin mübarizəsi daha önəmli olmalıdır. Son 30 ili götürsək siyasi təşkilatlar fərdlər üzərində qurulduğundan elə diskusiya da onların üzərindən gedir. Yəni, ideyalar savaşı, ideoloji savaş, hansısa bir proqram sənədlərinin mübarizəsi və s. bunları görməmişik. Ən önəmlisi siyasi diskus üçün mövzuların açılmasıdır. YAP özünü hakim partiya sayırsa, ölkənin gələcəyini necə görür, inkişaf strategiyası nədən ibarətdir, tezisləri, ideoloji təməli nədir və s. kimi sulların cavabı təəssüf ki, yoxdur. YAP bu sualların cavabını hələ ictimaiyyətə verməyib. Yeni bir səhifə, diskus açılsa, REAL Partiyası öz töhvəsini də verməyə hazırdır”.
Natiq Cəfərli vurğulayıb ki, əslində YAP qurultayla bağlı məlumatlar versəydi, oların üzərindən nələrin baş verəcəyini demək asan olardı:
"Hətta YAP-ın İdarə Heyətinin üzvləri belə hansı məsələlərin müzakirə ediləcəyindən xəbərsizdirlər. Məsələn, bu gün Abel Məhərrəmov açıqlama verib ki, gündəliklə və hansı məsələlərin müzakirəsi ilə bağlı heç bir məlumata malik deyillər. Yəni, YAP-ın İdarə Heyətinin məlumatı yoxdursa, cəmiyyətin hardan olsun? Əslində isə belə olmamamlı idi”.
Bahar Rüstəmli
Şərhlər