Son dövrlər zədə səbəbindən "Real"da istənilən performansı sərgiləyə bilməyən Qaret Beyl Madrid klubundan ayrılır.
Qaynarinfo xəbər verir ki, uelsli ulduzun İngiltərəyə dönməyə hazırlaşdığı iddia olunur.
Bildirilir ki, Beyl sabiq klubu "Tottenhem"ə keçəcək. London klubunun baş məşqçisi Maurisio Poçettinoda bir neçə gün əvvəl açıqlamasında "Futbolda nə olacağını əvvəlcədən bilmək olmaz" deyərək Beylin dönə biləcəyinə işarə vurmuşdu.
Qeyd edək ki, Beyl 2013-cü ildə rekord məbləğə - 101 milyon avroya "Tottenhem"dən "Real"a transfer olunmuşdu.
Şərhlər