İraq Federal Məhkəməsi İraq Kürd Bölgə İdarəsinin müstəqillik referendumunu gerçəkləşdirənlər barədə həbs qərarı verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, Ali Seçki Komissiyasının sədri və üzvləri həbs edilməlidir.
Qeyd edək ki, İraq prezidenti Heydər Əl İbadi ötən gün İKBİ-nin dialoq təklifinə münasibət bildirərək "Hansısa dialoq İraqın birliyi və bərabərliyi ilə konstitusiyaya hörmət, həmçinin referendumun ləğvinə bağlıdır. Referendum məsələsini heç kimlə müzakirə etməyəcəyik və ləğv edilmədən heç kimlə danışmayacağıq" fikirlərini səsləndirib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər