Video 22:28 11.12.2019

Regionlarda yaşanan gündəlik problemlər: Tullantılar, antisanitar vəziyyət... (VİDEO)

Şimal regionu ölkənin ən çox turist qəbul edən bölgələrindən biridir. Qış aylarında xüsusi ilə turistlər kənd evlərində qalmağa üstünlük verirlər.  Kəndlərdə təbii mənzərə orqanik məhsullar və digər amillər turistləri cəlb edən başlıca məqamlardır. Təssüflər olsun ki, bu gözəllikləri korlayan görüntülər də az deyil.

Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Kənd yerlərinə belə mənzərələrlə çox qarşılaşmaq olar.

Belə ki, bəzi sakinlər lazımsız əşyaları evinin qarşısına yığır, nəticədə küçə daralır.

Kənd sakinləri bildirir ki, belə məqamlara qarşı etiraz və tövsiyyələrini bildirirlər. Kimisi öyüd nəsihəti dinləyir, kimisi isə gördüyü işindən qalmır.

Kənd sakini (Xaçmaz): "Elə insanlar var söz eşidirlər. İrad bildirəndə təmizləyirlər. Bəzən isə peyini, tullantıları, yaxud da mişar daşlarını, qumu qapının çölünə tökürlər, daşımırlar. Bu da nəqliyyat üçün, insanların keçməsi üçün problemlər yaradır”.

Mişar daşı, qum, ağac kötükləri, peyin və s. Bunlar hamısı bəzi kəndlərdə qalaqlanaraq evin qarşısına yığılır. Hal bu ki, hər kənd sakinin həyətində kifayət qədər yer var ki, bu əşyaları toplasın. Sadalanan çatışmazlıqları aradan qaldırmaq üçün vaxtaşırı aidiyyatı qurumlar tərəfindən reydlər keçirilir.

Zaur Hacıəliyev – İcra nümayəndəsinin müavini: "Bəzən reydlərimiz uğurlu olur, insanlarımız anlayırlar. Bəzən isə kənar yerdən olur, tullantıları daşımaq istəmirlər. Bu zaman da biz akt tərtib edib aidiyyatı qurumlara göndəririk. İnsanlar anlamalıdırlar ki, evin həyəti-içi onların özlərinə, çölü isə ümumi istifadəyə məxsusdur”.

Sakinlər nəzərə almalıdır ki, küçəyə peyinin yığılması ümumi görüntünü pozduğu kimi həmçinin antisanitar şərait yaradır. Bu bir sıra xəstəlik mənbəyi üçün əsas ola bilər.