Keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib.
Qaynarinfo xəbər verir ki, keçmiş nazir Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb.
Rəhim Qazıyevin polisə müqavimətdə ittiham olunduğu bildirilir.
Qeyd edək ki, sabiq müdafiə naziri dünən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onu da qeyd edək ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.
Şərhlər