Ölkə 14:22 25.01.2020

Rəqibi Qənirə Paşayevanı debata dəvət etdi

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Raul Məmmədov rəqibi Qənirə Paşayevanı debata dəvət edib.

Qaynarinfo xəbər verir ki, R.Məmmədov namizədlər arasında debatların keçirilməsinin vacibliyini vurğulayıb. 

O qeyd edib ki, debatlar namizədlərin seçicilərə nələri vəd etdiyi, hansı proqramlara malik olduqlarının öyrənilıməsi baxımından çox önəmlidir: "Mən rəqibimi debatdan çəkinməməyə çağırıram”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək. 

Q.Paşayeva hazırda Milli Məclisin deputatıdır.