Foto 10:49 20.01.2020

Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirdi (FOTOLAR)

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalov seçicilərlə görüşüb.

Qaynarinfo xəbər verir ki, deputatlığa namizəd yanvarın 19-da rayon camaatı ilə bir araya gəlib. Görüş zamanı Rəşad Camalov seçicilərin problemlərini də dinləyib. Deputatlığa namizəd Rəşad Camalovla görüşə gələn seçicilər ona səs verəcəklərini xüsusi qeyd ediblər.

Sonda Rəşad Camalov hər bir seçiciyə təşəkkürün bildirib.