phrase_var_qaynar. 16:51 11.05.2019

Rəşad Sadıqov qərar verdi: "Qarabağ"da qalır, ya gedir?

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov daha 1 il Ağdam təmsilçisinin şərəfini qoruyacaq.

Qaynarinfo Sport7.az-a istinadla xəbər verir ki, futbolçu klubu ilə müqaviləni yeniləmək qərarı verib.

Baş məşqçi Qurban Qurbanov Rəşad Sadıqovla görüşərək müdafiəçiyə karyerasını davam etdirməsini təklif oedib. Təcrübəli futbolçu təklifi qəbul edib. Onunla yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2011-ci ildən indiyədək Ağdam klubunda çıxış edir. Buna qədər isə o, 2009-10 mövsümündə də "Qarabağ"da oynayıb.

Oxşar xəbərlər