İdman 18:15 20.01.2022

Reski 1/8 finalda uduzdu

Badmintonçumuz Edi Reski Dviçayo Hindistanın Lakhau şəhərində keçirilən "Syed Modi India International 2022" turnirində çıxışını başa vurub.
 
Qaynarinfo xəbər verir ki, Edi "HSBC BWF World Tour Super 300" seriyalı turnirin 1/8 finalında belçikalı Julyen Carraggiyə 0-2 (15-21,16-21) hesabı ilə uduzub.
 
İlk dəfə "Top 300" elit turnirinin əsas mərhələsində iştirak edən idmançımız 2750 reytinq xalı qazandı.
 
Səbuhi Həsənov