Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olundu (FOTO)

Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olundu (FOTO)

Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədr əvəzi Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrin icrası ilə bağlı digər məsələlərin həlli "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.
 

XƏBƏRLƏR
BLOGLAR
X