Ölkədə külək təhlükəsi: "Gördük ki, tövlənin üstü yerdədir" (VİDEO)
Son zamanlar güclü küləklər ölkə ərazisində ciddi fəsadlarla yadda qalır.
Qaynarinfo xəbər verir ki, ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı süjet hazırlayıb.
Təbii fəlakət Cəlilabad, Masallı, Lerik və Lənkəran rayonlarında da ötən gün dağıntılara yol açıb. Yaşayış evlərinə, rabitə və elektrik təsərrüfatlarına ciddi ziyan dəyib. Güclü külək nəticəsində irigövdəli ağaclar kökündən çıxaraq aşıb.
Zərərçəkən: "Səhərə yaxın daha da bərk idi. Çölə çıxdıq ki, tövlənin üstünü yerə atıb”.
Sakin: "Gəlib gördük ki, dam örtüyü yolun üstünü kəsib. Reklam tablolarımız hamısı sıradan çıxıb. Yenidən dam örütüyü qoymaq məcburiyyətində qalmışıq”.
Respublikamız üçün elə də xarakterik olmayan belə hava ekoloji mühitin dəyişməsi səbəbindən baş verir. Ekoloqların fikrincə, insan bu fəlakətin qarşısını qabaqcadan almaqda acizdir. Əslində bu cür güclü küləklər əvvəlcə də yaşanırdı.
Telman Zeynalov – Ekololq: "Küləyin qabağını kəsməyə ehtiyac yoxdur. Onsuz da yüksək binalar küləyin istiqamətini dəyişir”.
Düzdür küləklər şəhəri kimi tanınan Bakıda bu hal tez-tez baş versə də nadir hallarda güclü fəsadları olur. Küləklərin istiqamətinin paytaxtdan əyalətlərə üz tutması isə təbiət hadisəsinə hesablanmamış binalarda ziyanı qaçılmaz edir. Güclü qasırğa təzyiqin yerdə qeyri-bərabər paylanması nəticəsində yaranır. Yəni təzyiq fərqi nə qədər çox olsa, küləyin gücü və sürəti də bir o qədər böyük olar.
Xatırladaq ki, güclü küləklərin ilin bütün fəsillərində əsasən də yaz və payız aylarında yaranması mümkündür.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər