Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və siyasi mühacirət liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı evinin divarına xatirə lövhəsi vurulması planlaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmçı Dilqəm Əhməd məlumat yayıb.
Onun sözlərinə görə, lövhənin müəllifinin Rəsulzadə Ev-muzeyi İctimai Qrupunun həmtəsisçisi Vahid Mustafayevdir.
Xatırladaq ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142 ili tamam olur. O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1918-ci ildə Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əli Mərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və başqaları ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.
1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.
Rəsulzadəyə məxsus Bakıdakı mülk - dörd otaqlı mənzil Nizami küçəsi 59 ünvanında, Mərkəzi Univermağın yanında yerləşir.
Şərhlər