Xəbər lenti

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)
Foto 12:40 10.09.2022

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. İddia olunub ki, heykəl Quba rayonundadır və baxımsız vəziyyətdədir.

Lakin Quba rayon İcra Hakimiyyyəti iddianı təkzib edib. İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Qaynarinfo-ya bildirib ki, Qubada Rəsulzadənin heykəli heç vaxt olmayıb:

"Qubada Rəsulzadənin adına küçə var. İkincisi isə Qubanın Qıraqlı adında kəndi yoxdur. Həmin kənd Xaçmaz rayonunun inzibati ərazisinə daxildir".

Musavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev isə Qaynarinfo-ya açıqlamasında sözügedən heykəlin rayonun Qıraqlı kəndində, Şixəli adlı heykəltəraşın həyətində olduğunu deyib:

"Heykəl 1992-ci ildə hazırlanıb. Amma abidə rayonun hansısa güşəsinə qoyulmayıb və baxımsız vəziyyətdə qalıb".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->