Dünya 15:36 26.01.2022

Reuters: ABŞ Avropa üçün Rusiya qazına alternativ axtarır

ABŞ hakimiyyəti Ukraynada vəziyyətin gərginləşməsi və Rusiyadan tədarükün kəsilməsi halında zəruri ola biləcək qazın Avropa İttifaqına tədarükü ilə bağlı iri enerji şirkətləri ilə danışıqlar aparır. 

Qaynarinfo xəbər verir ki, bu haqda Reuters prezident Co Bayden administrasiyanın adının açıqlanmasını istəməyən nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Şimali Afrika və Yaxın Şərqdən Asiya və ABŞ-a kimi dünyanın müxtəlif regionlarında mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçıları ilə məsləhətləşmələr aparılır. İstehsalçıların qaz hasilatını müvəqqəti artırmaq və bu həcmləri avropalı alıcılara təqdim etmək imkanları öyrənilir. Lakin konkret şirkətlərin adı açıqlanmayıb.

"Öz növbəsində, Ağ Evin sözçüsü Cen Psaki təsdiqləyib ki, ABŞ Rusiyadan tədarükün kəsiləcəyi təqdirdə Avropa üçün alternativ qaz mənbələri axtarır. Onun sözlərinə görə, Rusiya yanacaq tədarükündə mümkün azalma ABŞ qiymətlərinə minimal təsir göstərəcək.
 
Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?