Siyasət 19:43 22.04.2021

Revanşist ritorika regionu yenidən müharibə astanasına sala bilər - Mariya Zaxarova

"Çox böyük bədəl ödəndi. İnsanlar həyatını itirdi. Həm faciəli, həm də gələcəyə ümid verən bu andan dinc və yaradıcı məqsədlər üçün istifadə edilməlidir, daha vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcılar yaratmağa ehtiyac yoxdur”.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Bəli, bu çox çətindir, xüsusilə də silahlı qarşıdurmadan sonra, həmçinin psixoloji cəhətdən də. Bəli, çoxları razı deyil. Çoxları davam və ya revanş almaq istəyir. Bəs məqsəd budurmu? Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq”, - M.Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin regionu yenidən müharibə astanasına sala biləcək revanşist ritorikadan çəkinməyə dair çağırış edib.

Daha əvvəl Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan tərəfinin sərhəddə təxribatlar törətməsi barədə məlumat yaymışdı.(unikal.org)