Cavid Fərzəli
Od düşən günümə
Yanmayın mənim.
əl uzatmayın mənə
Əllərim kardı mənim.
Ürəyimi küçə-küçə
ayaqlayan adamlar,
Yabancı bir yoldasa,
ən çox sevdiklərim tanıyır məni.
Uşaqların oyuncaqları qırıldığı gündən həyata addımları,
Quşlarınsa qanadları qopduğu yerdən göy üzü başlayır...
müqəddəslər ağacların edam şəkilində unudulur.
dilənçilərsə ovuclarımın xoşbəxt günündə.
Daha üzülməyin, dostlar
Daha məndən qorxmayın...
Qollarım sağdı mənim,
Qucağıma həsrətəm...
Şərhlər