Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Sürpriz şəkildə "Barselona"nı mübarizədən kənarlaşdıran "Roma" "Liverpul"a, "Bavariya" isə turnirin son iki mövsümünün qalibi "Real"a qalib gəlib.
Qaynarinfo xəbər verir ki, yarımfinal cütlükləri müəyyənləşəndən sonra yayılan bir iddia araı qarışdırıb. "Daily Mail" qəzetinin xəbərinə görə, "Roma" püşkatmadan bir gün mövsümlük oyunlara kart almış azarkeşlərinə xüsusi bir email göndərib. Bu emaildə azarkeşlərin "Liverpul"la oyun üçün bilet ala biləcəkləri link də olub. İddia olunur ki, "Roma" hətta ilk matçın harda keçiriləcəyini də doğru təxmin edib.
Gələn emailin ekran görüntüsünün bir çox azarkeş tərəfindən sosial mediada paylaşılmasından sonra açıqlama yayan "Roma" bunun "texniki problem" olduğunu bildirib.
Şərhlər