Finlandiya Prezidenti Aleksandr Stubb BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda onu gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.
Bundan başqa, Monteneqro Prezidenti Yakov Milatoviç də eyni səbəblə Bakıya gəlib.
Gecə saatlarında Azərbaycana gələnlər arasında Belçika Krallığının Baş naziri Aleksandr De Kro da var. Qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, ötən gün də bir sıra dövlət başçıları COP29-da iştirak etmək üçün Bakıya səfər edib.
Şərhlər