İdman 14:14 06.05.2013

Ronaldo polisi təhqir etdi

İspaniyanın “Real” futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo sürücülük vəsiqəsindən məhrum edilib. 

ANS PRESS-in verdiyi məlumata görə, öz avtomobili ilə evinə qayıdan ulduz futbolçu yol hərəkəti qaydasını pozmaqla yanaşı, həm də maşınını icazə verilməyən yerdə saxlayıb. 

Bütün bunlara baxmayaraq, o ona irad bildirən polis əməkdaşını da təhqir edib. Nəticədə populyar futbolçunun sürücülük vəsiqəsi əlindən alınıb.

Yaxın zamanda Kriştianu Ronaldo məhkəmə qarşısına çıxacaq. Məhz bu məhkəmənin qrarından sonra onun sürücülük hüqununa aydınlıq gətiriləcək.

Qaynar.info