Dünya 10:34 17.02.2020

Ruhanidən ABŞ-a sərt xəbərdarlıq

İran heç vaxt təzyiq altında ABŞ-la danışıqlar masasına əyləşməyəcək.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsində Tehranın müstəsna rolu var.

İran prezidenti həmçinin vurğulayıb ki, ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planına geri qayıtsa, sanksiyalar götürülsə, o zaman müzakirələr başlaya bilər. Əks təqdirdə bu, olmayacaq.

Camal