Rumıniyanın TAROM aviaşirkəti Buxarest-Bakı reysini ləğv edib.
Qaynarinfo-nun məlumatına görə, reys şirkət üçün yüksək xərclərlə əlaqədar ləğv olunub.
TAROM şirkətinin saytından aviareys barədə məlumatlar və bilet sifarişi yığışdırılıb.
Həmin reysin aprelin 3-də işə düşəcəyi gözlənilirdi.
Qeyd edək ki, ilk dəfə Buxarest-Bakı reysinin işə düşəcəyi barədə məlumatlar ötən ilin oktyabrında yayılmışdı. Hər iki istiqamətdə biletlərin qiymətinin 341 avrodan başlayacağı deyilirdi. (trend)
Şərhlər