Dünya 15:38 02.07.2020

Rus alimlər heyvanlar üçün koronavirusa qarşı vaksin yaradacaq

Rusiya alimləri yüksək həssas heyvanlar üçün koronavirusa qarşı peyvənd hazırlamaq niyyətindədir. Bunlar pişik və norkalardır. 

Qaynarinfo xəbər verir ki, bu haqda Rosselxoznadzorun tədqiqat və monitorinq üzrə müavini İlya Çvala deyib.

"Baytarlıq Təbabəti və Həyat" portalının məqaləsində deyilir ki, ilk növbədə bu dərman heyvanların sənaye miqyasında yetişdirildiyi və sıxlıq səbəbiylə heyvanların kütləvi yoluxma riskinin olduğu xəz fermalarına tövsiyə ediləcək.