Rus həkim koronavirusa qarşı möcüzəvi bulyonun reseptini paylaşdı

Rus həkim koronavirusa qarşı möcüzəvi bulyonun reseptini paylaşdı

COVID-19 keçirən insanlar tez-tez bir neçə ay davam edə biləcək enerji çatışmazlığından şikayət edirlər. 

Qaynarinfo xəbər verir ki, bu haqda dietoloq-nutitsioloq, tibb elmləri doktoru İnna Kononenko xəstəlikdən sonra bədəni necə bərpa etməyin yollarından danışarkən deyib.

"Hemoglobin A1c deyilən bir şey var, yəni qlükoza tərəfindən dağılmış hemoqlobin, kovid isə birbaşa hemoqlobinə təsir göstərir, - həkim qeyd edib. - Buna görə şəkərli diabeti olanlar risk qrupundadırlar. Bunun üçün də COVID-19 xəstəliyinə tutulmuş hər kəs mütləq şəkər mənbəyi olan məhsullardan - bütün şirniyyatlar, meyvələr, şirələrdən uzaq durmalıdır”. 

Bundan əlavə, Kononenko qeyd edib ki, koronavirusun müalicəsində antibiotiklərdən istifadə olunur, buna görə bağırsaq mikroflorası çox əziyyət çəkir. Probiyotiklər onu bərpa etmək üçün lazımdır. Onlar bağırsqların öz mikroflorasının bərpasına kömək edirlər.

Ayrıca, xəstəlikdən sonra sağlam yağları olan qidalar tövsiyə olunur: kətan yağı, avokado, çia toxumları, qızılbalıq. Omega-3 və K-2 vitamini qan laxtalanma riskinin yüksək olduğu zaman COVID-19-da xüsusilə vacibdir. Pəhrizdə faydalı vitaminlər (A, E, C, D, B6, B12) və mikro elementləri (sink, selenium) olan qidalardan istifadə etmək vacibdir: yerkökü, qaragilə, brokkoli, limon, balqabaq toxumu, somon, hinduşka əti, badam, kivi. Güclü antioksidantlar - polifenollar olan qidaları yemək faydalıdır. Bunlara qreypfrut və portağal, qaragilə, təzə çiyələk və yaşıl çay daxildir.

Bundan əlavə, mütəxəssis "anti-kovid bulyon"un da reseptini paylaşıb.

Hər hansı bir sümüyü (mal əti, toyuq, donuz əti, ən faydalı - quzu) götürüb su əlavə edin, alma sirkəsi və ya limon suyu əlavə edin (4 litr suya 2 xörək qaşığı), 1 saat eləcə saxlayın. Sonra ocağa qoyun, qaynara düşəndən sonra duz, göyərti (cəfəri və ya keşniş) əlavə edin, ən az 12 saat (ideal olaraq 24 saata qədər) aşağı istilikdə bişirin.

Həkimin sözlərinə görə, bu cür sümük bulyonu bir çox faydalı xüsusiyyətə malikdir - təbii formada minerallarla zəngindir, bağırsaqları bərpa edir, toksinlərdən bədəni təmizləyir.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR