Xəbər lenti

Rus və erməni hərbçiləri birgə təlim keçdi: Qırıcılar havaya qaldırıldı
Ölkə 22:22 12.04.2019

Rus və erməni hərbçiləri birgə təlim keçdi: Qırıcılar havaya qaldırıldı

Baqramyan poliqonunda Ermənistan-Rusiya batalyon taktiki təliminin hərbi fazası çox yüksək səviyyədə keçirilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı aviabazasının komandiri Aleksandr Petrov deyib. O, qırıcıların pilotlarının hava məkanının mühafizəsi ilə bağlı manevrlar həyata keçirdiklərini, baza ərazisinə zərbə endirmək istəyən şərti düşmənlə hava döyüşünə girdiklərini bildirib.

Petrov belə manevrların icrasında əsas məqsədin MiQ-29-un bu kimi tapşırıqların icrasında imkanlarını nümayiş etdirmək olduğunu deyib. Bundan başqa, təlimə Mi-8 və Mi-24 vertolyotları da cəlb edilib. Onlar yerüstü hədəflərə zərbə endirib.

Qeyd edək ki, aprelin 4-də Rusiya-Ermənistan hərbi təliminə start verilib. Təlimə ümumilikdə 2 min hərbçi və 300 hərbi texnika cəlb edilib. 102-ci bazanın rəhbəri Vladimir Yelkanov və Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmalarının komandanı Tiqran Pərvanyanın rəhbərlik etdiyi təlimin aprelin 14-nə qədər davam etməsi nəzərdə tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->