Rusiya 1991-ci ildə Krımı nədən ilhaq etməyib? - Yeltsinin adamı açıqladı

Rusiya 1991-ci ildə Krımı nədən ilhaq etməyib? - Yeltsinin adamı açıqladı

Rusiyanın ilk prezidenti Boris Yeltsin administrasiyasının rəhbəri Sergey Filatov Rusiyanın niyə 1991-ci ildə Krımı ilhaq etmədiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə dekabrın 8-də "Vzqlyad" qəzeti məlumat yayıb.

"1991-ci ildə Belovejski Sazişinin imzalanmasından əvvəl Krımdan, eləcə də Luqansk və Donetsk bölgələrindən olan nümayəndə heyəti onları Ukraynanın tərkibində saxlamamaq xahişi ilə Rusiya Ali Sovetinə gəlib, lakin Moskvanın Kiyevlə danışıqlar üçün "vaxtı” və hansısa yeni ərazini saxlamaq üçün imkanları olmayıb”, - Filatov müsahibəsində deyib.

Onun sözlərinə görə, əvvəlcə Moskva Krımla bağlı Kiyevlə danışıqlar aparmağa başlayıb, lakin sonradan Ukraynanın Müdafiə naziri Konstantin Morozovun etirazına baxmayaraq, Ukraynada olan nüvə silahının Rusiyaya təhvil verilməsi məsələsi ortaya çıxıb. 
"Sonra Kiyevin bizə nüvə silahını verməsi şərti ilə, Rusiya da daxil olmaqla üçüncü tərəf ölkələri Ukrayna ərazisinin bütövlüyünə zəmanət verdilər”, - Filatov bildirib.

Xatırladaq ki, Belovejski Sazişi 8 dekabr 1991-ci ildə imzalanıb. 

Alpər
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR