Dünya 17:31 23.09.2020

Rusiya Hava-desant Qüvvələrinin tabor-taktik qrupu Belarusa girdi

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Hava-desant Qüvvələrinin İvanovo birləşməsinin tabor-taktik qrupunun Belarusa eniş etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, MN-in press-relizində Slavyan Qardaşlıq-2020 təlimləri çərçivəsində İl-76md təyyarələrinin İvanovo Hava-desant Qüvvələrinin tabor-taktik qrupunun Rusiya ərazisindən köçürüldüyü qeyd olunub.

Hərbçilər paraşütlə” Brest”poliqonuna eniblər.
 
Enişdən sonra yaşayış məntəqəsinin bloklanması və şərti qanunsuz silahlı dəstələrin məhv edilməsi təlimləri icra ediləcək.
 
Alpər