Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Rusiya iqtisadiyyatını qlobal enerji keçidinə uyğunlaşdırmaq üçün hökumət işçi qruplarına rəhbərlik edəcək. Onun komandasının üzvləri ənənəvi yanacağa olan tələbatın azalması risklərini qiymətləndirəcək və vəziyyətin inkişafı üçün mümkün variantları işləyib hazırlayacaqlar.
Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, müvafiq əmri Rusiya hökumətinin başçısı Mixail Mişustin verib.
İşçi qrupları qlobal enerji keçidinin Rusiya iqtisadiyyatına necə təsir edəcəyini araşdırmalıdır. Eyni zamanda, Rusiya Federasiyasının yeni reallığa uyğunlaşması üçün bir proqram hazırlanmalımdır. Bunun üçün 2050-ci ilə qədər bir proqnoz tərtib ediləcək. Bu çərçivədə 2030-cu ilə qədər əldə ediləcək hədəflər müəyyən ediləcək.
Neft və qaza olan tələbatın tədricən azalacağı gözlənilir. İndi Rusiya ixracatının 50%-dən çoxu yanacaq və enerji məhsullarının payına düşür.
Alpər
Şərhlər