Dünya 10:45 22.03.2019

Rusiya konsulluğunun yaxınlığına əl qumbarası atıldı

Yunanıstanın Afina şəhərindəki Rusiya konsulluğunun yaxınlığında yerləşən polis kabinəsinə əl qumbarası atılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində xəsarət alan olmayıb. İlkin məlumatlara görə, əl qumbarasını axşamlar konsulluğun qarşısında motosiklet sürən iki nəfər tərəfindən atılıb.

Faktla bağlı araşdırma aparılır.