Video 22:46 10.03.2019

Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi (VİDEO)

Rusiya yeni, vizual optik maneə stansiyasının sınağını keçirib.

Qaynarinfo-nun "Oxu.Az”a istinadən məlumatına görə, bu barədə "Zvezda” telekanalı məlumat yayıb.

 "Filin” adlandırılan kompleks alatoranlıq  və qaranlıqda hədəfləri, gecə görmə cihazlarını, 5 kilometr məsafədəki tank əleyhinə idarə olunan raketlərin "görmə” qurğularını neytrallaşdıra bilir.

Verilən məlumata görə, bu güclü projektora bənzər bir sistem olub, düşmən mövqeyindəki əsgərlərdə hallunasiyalar yarada bilir, texniki avadanlığı sıradan çıxarır.
Bu sistemin artıq Rusiya hərbi flotunun bir-neçə gəmisində quraşdırıldığı bildirilir.