Rusiya ordusunda cinayətlərin sayı niyə artır?

Rusiya ordusunda cinayətlərin sayı niyə artır?

İlin əvvəlindən bu yana Rusiya ordusunda yüz hərbi xidmətçi komandirləri tərəfindən şiddət xarakterli cinayətlərdən əziyyət çəkib.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Baş Hərbi Prokurorunun müavini Sergey Skrebets Federasiya Şurasında çıxışı zamanı məlumat verib.

Hərbi prokurorun müavini bildirib ki, tez-tez xəsarətlə müşayiət olunan hücumlar komandirlərin hərbi nizamnamənin əsas tələblərini yerinə yetirməməsi səbəbindən baş verib. Onun sözlərinə görə, komandanlıq öz hərəkətlərini əsgərlər arasında asayişi qorumaq üçün guya qanuni səlahiyyətlərinin olmaması ilə izah edir.

"Əslində, zorakılığın səbəblərindən biri, tabeçiliyində olanlarla işləmək üçün səriştənin olmamasıdır ki, bu da hərbi məktəblərin kursantlarının peşəkar hazırlığının çatışmazlığıyla bağlıdır”, - Skrabets deyib.

Qeyd edək ki, 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin nizamnamələrinə, o cümlədən Daxili Xidmət Nizamnaməsinə, İntizam Nizamnaməsinə, qarnizon və mühafizə xidmətlərinin nizamnamələrinə dəyişikliklər edilib.

Alpər
XƏBƏRLƏR
BLOGLAR