Rusiya “Panzir”lərinin vurulmasına dözmədi: 8 qırıcı Liviyaya uçdu

Rusiya “Panzir”lərinin vurulmasına dözmədi: 8 qırıcı Liviyaya uçdu

MiQ-29 qırıcıları və Su-24 bombardmançıları Suriyadan Liviyaya uçub. 

Qaynarinfo "Bloomberg”ə istinadla bildirir ki, buna qədər bu təyyarələr Latakiya əyalətində Rusiya Aerokosmik Qüvvələrinin (VKS) nəzarətində olan Xmeymim hava limanında yerləşib.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Liviya Milli Saziş Hökumətinin (PNS) Xarici İşlər Nazirliyinin rəhbəri Fethi Başağa istinadən agentlik ən az səkkiz təyyarədən söhbət getdiyini yazıb. Moskva bu məsələyə münasibət bildirməyib.

Rusiya aviasiyası iddiaya görə, Liviya Milli Ordusuna (LMO) komandanlıq edən general Xəlifə Haftarın hərbi əməliyyatlarına dəstək vermək üçün gedib.

"Anadolu” agentliyinin verdiyi məlumata görə, general və onun ordusu "Liviya tarixində Türk ordusuna qarşı ən böyük hava əməliyyatını" hazırlamaqla məşğuldur.

Qeyd edək ki, bu gün səhər Liviya rəsmi ordusunun Haftarın əlində olan azı dörd Rusiya "Panzir” kompleksini bombalaması haqda xəbər vermişdik.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR